Hindistan Azərbaycandan qisas almağa çalışır - Əliyev

Hindistan Azərbaycandan qisas almağa çalışır - Əliyev
Kateqoriya məlum deyil
T

Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasında keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 25-ci Dövlət Başçıları Şurası Zirvəsi çərçivəsində Pakistan Baş naziri Şahbaz Şəriflə görüşüb.

 

Görüş zamanı Şərif Azərbaycanın Hindistana qarşı Pakistana verdiyi siyasi dəstək və həmrəylik üçün təşəkkürünü çatdırıb. İlham Əliyev isə Azərbaycan-Pakistan münasibətlərinin qardaşlıq üzərində qurulduğunu vurğulayaraq, Pakistanın Hindistana qarşı əldə etdiyi uğur münasibətilə təbriklərini bildirib.

 

Sfera.az xəbər verir ki, Prezident əlavə edib ki, Pakistana göstərilən dəstək səbəbindən Hindistan beynəlxalq təşkilatlarda Azərbaycandan intiqam almağa çalışsa da, bu heç bir əhəmiyyət daşımır və Pakistanla qardaşlıq əlaqələri hər şeydən üstün olaraq qalır.

 

Görüşdə həmçinin Azərbaycan, Türkiyə və Pakistan üçlü əməkdaşlıq formatının əhəmiyyəti müzakirə edilib və bu çərçivədə müəyyən olunan məsələlərin həyata keçirilməsi üçün konkret addımların atıldığı bildirilib.

 

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR