Ərdoğan Putini Türkiyəyə dəvət etdi

Ərdoğan Putini Türkiyəyə dəvət etdi
Kateqoriya məlum deyil
T

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putini yaxın vaxtlarda ölkəsində görəcəyinə ümid etdiyini bildirib.

 

Sfera.az Rusiya mediasına istinadən xəbər verir ki, Çində keçirilən ŞƏT sammiti çərçivəsində baş tutan görüşdə Ərdoğan Putinə “əziz dost” deyə müraciət edib və onu rəsmi Ankaranın dəvətini xatırladıb:


“Bu dəvət qüvvədədir və biz sizi tezliklə ölkəmizdə görmək istərdik”, – deyə Türkiyə lideri vurğulayıb.

 

Ərdoğan münasibətlərin strateji əhəmiyyətinə diqqət çəkərək qeyd edib:

 

“Biz etimadlı münasibət qurmuşuq. Münasibətlərimiz fürsətçi məsələlərin təsiri altına düşmədən inkişaf edir”.

 

Türkiyə prezidenti həmçinin bildirib ki, iki ölkə arasında texniki danışıqlar müsbət istiqamətdə davam edir.

 

Fidan Hacızadə
Sfera.az


 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR