“İlham Əliyevin müsahibəsi Azərbaycanın qlobal mövqeyinin göstəricisidir” - Fatma Yıldırım

"İlham Əliyevin müsahibəsi Azərbaycanın qlobal mövqeyinin göstəricisidir" - Fatma Yıldırım
Kateqoriya məlum deyil
T

"Cənab Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibə Azərbaycanın son onilliklərdə keçdiyi tarixi yolun və bugünkü qlobal mövqeyinin dolğun təsviri kimi dəyərləndirilə bilər".

 

Sfera.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım sosial media hesabında izləyiciləri ilə bölüşüb.

 

Deputat qeyd edib ki, dövlət başçısının səsləndirdiyi fikirlər bir daha göstərir ki, Azərbaycan artıq Cənubi Qafqaz regionunda aparıcı güc mərkəzinə çevrilib, regional proseslərin istiqamətini müəyyənləşdirən və qlobal siyasətdə söz sahibi olan ölkəyə çevrilib. 

 

Fatma Yıldırım bildirib ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan bu gün Cənubi Qafqaz regionunda aparıcı güc mərkəzinə, qlobal miqyasda isə söz sahibi olan ölkəyə çevrilib:


“44 günlük Vətən müharibəsində qazanılmış Qələbə Azərbaycanın həm ədaləti, həm də beynəlxalq hüququ bərpa etməsini təmin etdi. İşğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri, “Böyük Qayıdış” proqramı və minlərlə vətəndaşın yurdlarına dönməsi Azərbaycanın gücünün təzahürüdür. Prezident İlham Əliyev yalnız hərbi zəfərlə kifayətlənməyərək, eyni zamanda sülh təşəbbüslərinin müəllifi olduğunu da sübut edib”.

 

Millət vəkili əlavə edib ki, Azərbaycanın beynəlxalq arenada artan rolu enerji təhlükəsizliyi sahəsində atılan addımlarla da özünü göstərir:


“Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinin mühüm iştirakçısıdır. Körfəz ölkələri ilə həyata keçirilən milyardlarla dollarlıq bərpaolunan enerji layihələri, Suriyaya göstərilən yardım və qlobal əməkdaşlıq təşəbbüsləri ölkəmizin beynəlxalq nüfuzunu daha da gücləndirib”.

 

Fatma Yıldırım, həmçinin Azərbaycanın diplomatik müstəvidə vasitəçi rolunun əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan həm Qərbin, həm İslam dünyasının, həm də Türk dünyasının etibarlı tərəfdaşına çevrilib.

 

Deputat sonda qeyd edib ki, Prezidentin “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibə Azərbaycanın regional və qlobal siyasətdə sabitlik, əməkdaşlıq və inkişaf tərəfdarı olduğunu bir daha nümayiş etdirib.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR