Çində Əliyevlə Putinin görüşü olacaq?

Çində Əliyevlə Putinin görüşü olacaq?
Kateqoriya məlum deyil
T

Kreml Çində Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putin arasında görüşün keçirilib-keçirilməyəcəyini şərh etməyib.

 

Sfera.az “İnterfaks”a istinadən xəbər verir ki, məsələ ilə bağlı jurnalistlərin sualını cavablandıran Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib:

 

“Biz hazırda ikitərəfli görüşlərin qrafikini hazırlayırıq, bu isə çinli dostlarımızın təşkil edəcəyi tədbirlərin tərkibinə daxil ediləcək. İşlər yekunlaşdıqda sizə məlumat verəcəyik”.

 

Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatının sammiti avqustun 31-dən sentyabrın 1-nə qədər Çində keçiriləcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR