"Bu cəzaların məqsədi qorxutmaq deyil" - Fatma Yıldırım

"Bu cəzaların məqsədi qorxutmaq deyil" - Fatma Yıldırım
Kateqoriya məlum deyil
T

"Əziz həmvətənlər! Ölkəmizdə ekologiya və ətraf mühitin qorunması istiqamətində mühüm dövlət proqramları həyata keçirilir. Lakin unutmayaq ki, bu məsələnin əsasında təkcə dövlətin addımları deyil, hər bir vətəndaşın düşüncə tərzi dayanır. İnsan təfəkkürü formalaşmadan, ətraf mühitin qorunması istiqamətində həqiqi nəticələrə nail olmaq çətindir".

 

Sfera.az xəbər verir ki, bu sözləri Milli Məclis deputatı Fatma Yıldırım sosial media hesabında bildirib.

 

Onun sözlərinə görə, ekoloji mədəniyyətin artırılması üçün ən vacib vasitə maarifləndirmədir. Məktəblərdə, universitetlərdə, ictimai tədbirlərdə insanlara təbiətin qorunmasının onların öz sağlamlığı və gələcək nəsillərin rifahı üçün həlledici olduğunu izah etmək lazımdır.

 

"Cəzalar müəyyən qədər rol oynasa da, onların məqsədi sadəcə qorxutmaq deyil, düzgün təfəkkürün formalaşmasına yardımçı olmaqdır. Əsl dəyişiklik insanların şüurunda baş verməlidir. Vətəndaşların fərdi addımları isə olduqca əhəmiyyətlidir. Sadə görünsə də, tullantıların çeşidlənməsi, suya və enerjiyə qənaət, ictimai yerlərdə təmizliyə riayət, yaşıllıqların qorunması hər kəsin gündəlik həyat tərzinə çevrilməlidir. Bu kiçik addımlar ümumilikdə böyük təsir göstərir.


Qanunvericilikdə ekologiyaya aid cərimələr kifayət qədər mövcuddur. Lakin mən hesab edirəm ki, cəzaların sərtləşdirilməsindən daha çox maarifləndirici tədbirlər genişləndirilməlidir. İnsan cəmiyyətinə, ətrafına, təbiətinə sevgi ilə yanaşmağı öyrənəndə qanuna ehtiyac belə azalır,- deyə F.Yıldırım əlavə edib.

 

O qeyd edib ki, ətraf mühitin qorunması sadəcə dövlətin vəzifəsi deyil – bu, hər birimizin mənəvi borcudur. Təbiətə sevgini təbliğ etmək, ekoloji mədəniyyəti yüksəltmək və gələcək nəsillərə sağlam mühit ötürmək bizim ən müqəddəs vəzifəmizdir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR