Deputatların istirahət günləri yekunlaşır

Deputatların istirahət günləri yekunlaşır
Kateqoriya məlum deyil
T

Avqustun 30-da Milli Məclisin deputatlarının yay tətili başa çatır.

 

Sfera.az xəbər verir ki, deputatlar sentyabrın əvvəlindən etibarən parlamentin payız sessiyasına hazırlaşmağa başlayacaqlar. Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yay fasiləsi iyulun 15-dən avqustun 30-dək davam edir. Bu müddət ərzində deputatlar qanunvericilik fəaliyyətindən kənar qalaraq əsasən seçicilərlə görüşlərə və bölgələrdə səfərlərə üstünlük verirlər.

 

Qeyd edək ki, payız sessiyası rəsmi olaraq sentyabrın 30-dək çağırılmalı və ilk plenar iclas keçirilməlidir. Yeni sessiyada bir sıra vacib qanun layihələrinin, o cümlədən dövlət büdcəsi və sosial islahatlara dair sənədlərin müzakirəsi gözlənilir.

 

Xatırladaq ki, Milli Məclis ildə iki növbəti sessiyada fəaliyyət göstərir: yaz sessiyası — fevralın 1-dən başlayır, mayın 31-dək; payız sessiyası — sentyabrın 30-dək çağırılır və dekabrın 30-dək davam edir.

 

Əzizə Zeynal

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR