"Trampın mövqeyini dəyişdirmək üçün yöndəmsiz cəhdlər görürük" - Lavrov

"Rusiya Ukrayna münaqişəsinin həlli ilə bağlı Avropa İttifaqından heç bir konstruktiv fikir eşitməyib".
Sfera.az bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İordaniyanın xarici işlər naziri Ayman Əs-Səfadi ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
Avqustun 18-də ABŞ Prezidenti Donald Tramp, Ukrayna Prezidenti Volodimir Zelenski və Aİ ölkələrinin liderlərinin görüşündən danışan Lavrov qeyd edib ki, bu görüşdən sonra Rusiya Ukraynadakı vəziyyətin həlli üçün heç bir konstruktiv təklif görmədi – onun sözlərinə görə, Avropa liderləri münaqişə ətrafında vəziyyəti yalnız aqressiv şəkildə gərginləşdirirlər.
“Hələlik biz Tramp administrasiyasının və şəxsən ABŞ prezidentinin mövqeyini dəyişdirmək üçün kifayət qədər yöndəmsiz və qeyri-etik cəhdlər görürük”, - Lavrov qeyd edib.
O əlavə edib ki, Ağ Evə daxil olandan Tramp və komandası Ukrayna böhranı ilə bağlı diplomatiya ilə məşğuldur, bu, böhranın köklü səbəblərini aradan qaldıracaq və münaqişənin gələcəkdə yenidən başlamamasını təmin edəcək qarşılıqlı məqbul razılaşmaların tapılması deməkdir.
Lavrov əlavə edib ki, eyni zamanda, Avropa İttifaqı Kiyevi silahlarla doldurmağa davam etmək üçün ABŞ-ni Ukraynaya silah tədarükçüsü kimi saxlamağa çalışır.
İnci






