İsrail-Azərbaycan münasibətləri strateji xarakter daşıyır - Ronen Krausz

Kateqoriya məlum deyil
T
İsrail-Azərbaycan münasibətləri, həqiqətən də, strateji xarakter daşıyır.
Sfera.az xəbər verir ki, bunu İsrailin Azərbaycana yeni təyin olunmuş səfiri Ronen Krausz etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edərkən deyib.
Diplomat vurğulayıb ki, ölkə liderləri və xalqları arasında əsl dostluq münasibətləri mövcuddur.
Səfir, eyni zamanda, Azərbaycanda yəhudi icmasına göstərilən qayğı və diqqətə görə təşəkkürünü bildirib, özünün dəfələrlə Qubadakı Qırmızı Qəsəbəyə səfər etdiyini, orada yəhudi icması üçün yaradılmış şəraitlə tanış olduğunu vurğulayıb.






