İranın hədə-qorxu səbəbi nədən qaynaqlanır? - AÇIQLAMA

İranın hədə-qorxu səbəbi nədən qaynaqlanır? - AÇIQLAMA
Kateqoriya məlum deyil
T

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Almaniya, Fransa, Böyük Britaniya və ABŞ-ni raket zərbələri ilə hədələyib. Bunu SEPAH komandiri Əmir Həyat Moqaddam deyib. O, Tehranın Berlin, Paris, London, Vaşinqton və Nyu-York kimi şəhərləri raketlərlə hədəfə ala biləcəyini iddia edib. Avropa ilə bağlı SEPAH rəsmisi qeyd edib ki, hazırda bütün Avropa ölkələri İran raketlərinin əhatə dairəsindədir və bunu hazırkı raketlərlə də həyata keçirmək olar.

 

Bu iddia öz təsdiqini tapa bilərmi, belə olarsa, sözügedən ölkələri nələr gözləyir?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi  Kənan Novruzov bildirib ki, hazırda nə SEPAH-ın, nə də İranın bu qədər Avropa ölkəsi ilə müharibə aparmağa gücü var. 

 

 

Onun sözlərinə görə, İran İsraillə 12 günlük müharibədən elə ən yaxşı halda, “Pirr” qələbəsi ilə çıxıb. 

 

K.Novruzovun fikrincə, bu, sadəcə olaraq suları bulandırmaq məqsədilə verilmiş bəyanatdır. Həmçinin, bəyanat İrandakı hakimiyyətə xarici təsirləri artırmaq məqsədi daşıyır:

 

“İran Avropanın hansısa ölkəsinə raket atsa, bunun altından çıxa bilməz. Bundan sonra İranda nələr baş verə biləcəyini təsəvvür etmək belə çətindir. Bu gün İranda ali liderlə prezident arasında hətta görünməsə belə çox ciddi çəkişmə var. Bəlkə də onların arasında ölüm-qalım savaşı gedir. Bu da bəzi kənar qüvvələrə, xüsusən də ABŞ-yə sərf edir. Onlar gözləyir ki, İran daxildən bir-birini didsin və beləliklə parçalansın. Ölkənin bir adamdansa iki nəfərin əlində olması xarici qüvvələrə daha çox sərf edir”. 

 

Siyasi şərhçi qeyd edib ki, İrandakı daxili ziddiyyət getdikcə daha da güclənəcək:

 

“Bəlkə də gələn ilə kimi ya Pezeşkian hakimiyyətdən getməli olacaq, ya da molla rejimi ləğv olunacaq, təmamilə yeni bir sistem formalaşacaq. Hazırda ali dini lider Pezeşkiana işləməyə imkan vermir. Ümid edirik ki, Pezeşkianın rəhbərliyi ilə İran tam başqa səmtə yönələcək”. 

 

Firuzə Əliyeva

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR