Ukrayna Azərbaycana təşəkkür etdi

Kateqoriya məlum deyil
T
Ukrayna Azərbaycana növbəti humanitar yardımına görə təşəkkürünü ifadə edib.
Sfera.az xəbər verir ki, bunu Ukrayna Ali Radasının sədr müavini Olena Kondratyuk “X” sosial şəbəkəsində qeyd edib.
“Biz Ukraynaya davamlı humanitar dəstək göstərdiyinə görə Azərbaycana təşəkkür edirik”, — o bildirib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev bu gün Ukraynaya humanitar yardım məqsədilə 2 milyon dollar məbləğində vəsaitin ayrılması ilə bağlı sərəncam imzalayıb.
Fidan Hacızadə
Sfera.az






