Paşinyan İran Prezidenti ilə danışdı

Kateqoriya məlum deyil
T
Ermənistanın Baş naziri Nikol Paşinyan İran Prezidenti Məsud Pezeşkianla telefon əlaqəsi qurub.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, onlar Vaşinqtonda Bakı ilə İrəvan arasında imzalanmış razılaşmaları müzakirə ediblər.
N.Paşinyan regional kommunikasiyaların ölkələrin ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası prinsipləri çərçivəsində fəaliyyət göstərəcəyini M.Pezeşkianın diqqətinə çatdırıb. O, həmçinin İran Prezidentinin İrəvana planlaşdırılan səfərinin vacibliyini vurğulayıb.
Fidan Hacızadə
Sfera.az






