Fransa da sülh istəyir? - AÇIQLAMA

Fransa da sülh istəyir? - AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Fransa Prezidenti Emmanuel Makron uzun müddətdir ermənipərəst mövqeyi ilə seçilir. O, çıxışlarında və rəsmi bəyanatlarında dəfələrlə Ermənistanın maraqlarını müdafiə edən mövqe sərgiləyib.

 

Ermənistan ilə Azərbaycan arasında sülhün təmin olunması Fransanın Azərbaycana qarşı sərt ritorikasını yumşalda bilərmi?

 

Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov bu razılaşmanın Fransa və bir çox Avropa ölkələrinin xoşuna gəlmədiyini deyib:

 

 

“Lakin bundan sonra hər hansı bir addım ata bilməz. Həm Azərbaycanın, həm də ABŞ-nin iradəsi ortadadır və belə vəziyyətdə Fransa iki qüdrətli dövlətin mövqeyinə qarşı durmaz”.

 

K.Novruzov bildirib ki, xüsusilə Fransanın ABŞ-yə qarşı çıxmağı Avropa ilə əlaqələrini gərginləşdirmək deməkdir.

 

“İndi Fransa açıq şəkildə deyə bilməz ki, Cənubi Qafqazda sülhə qarşıdır, lakin müəyyən şəkildə təbii ki, regionda vəziyyəti çaşdırmaq və bunu Ermənistan vasitəsilə həyata keçirmək istəyə bilər. Amma bu artıq təsir göstərməz, çünki geri dönüş yoxdur. Sülh sənədi imzalanıb, regiona aydın şəkildə sülh gəlib”. 

 

O, Fransanın heç bir təsirinin olmadığını və Ermənistan bundan sonra Fransanın təhriklərinə uysa özünə zərər vurmuş olacağını əlavə edib:

 

“Amma bunu etməz, çünki ABŞ-nin mövqeyi var və Vaşinqton buna imkan verməz ki, onun nəzarətindən kənar bir addım atılsın. Belə demək olar ki, Ermənistanın başının üzərində “Domokl qılıncı” asılıb. Bu vəziyyətdə Fransanın edə biləcəyi heç bir seçim yoxdur. Lakin rəsmi Paris bu durumdan razı deyil”.

 

Fidan Hacızadə
Sfera.az


 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR