907-ci düzəlişin ləğv edilməsi tarixi əhəmiyyətə malik hadisədir

907-ci düzəlişin ləğv edilməsi tarixi əhəmiyyətə malik hadisədir
Kateqoriya məlum deyil
T

"907-ci düzəlişin ləğv edilməsi tarixi əhəmiyyətə malik hadisədir. Bu addım, Azərbaycan–ABŞ strateji tərəfdaşlığının yeni mərhələyə yüksəlməsinə, siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın daha da dərinləşməsinə imkanlar açacaq"

 

Sfera.az xəbər verir ki, bu fikirləri  millət vəkili Göydəniz Qəhrəmanov qeyd edib.

 

Onun sözlərinə görə, bu uğur, cənab Prezident İlham Əliyevin qətiyyətli liderliyi, uzaqgörən xarici siyasəti və milli maraqlarımızı daim prioritetdə saxlayan prinsipial mövqeyi nəticəsində mümkün olmuşdur.

 

Millət vəkili  vurğulayıb ki, dövlət başçımızın diplomatiyadakı peşəkarlığı və strateji baxışı sayəsində Azərbaycan beynəlxalq arenada mövqelərini daha da möhkəmləndirmişdir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR