Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) baş katibi Feridun Sinirlioğlu avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən üçtərəfli görüşlə bağlı bəyanat yayıb.
Sfera.az xəbər verir ki, qurum rəhbəri ABŞ-nin bu anlaşmanın əldə edilməsindəki rolunu yüksək qiymətləndirdiklərini bildirib.
“Biz avqustun 8-də Vaşinqtonda imzalanmış birgə bəyannaməni alqışlayırıq, Azərbaycan və Ermənistanı bu hadisə ilə bağlı təbrik edir və bu məsələdə ABŞ Prezidenti Donald Trampın rolunu yüksək qiymətləndiririk. ATƏT hər iki ölkədə davamlı sülh və sabitliyin əldə edilməsinə yönəlmiş bütün səylərə sadiq qalır”, - ATƏT baş katibi vurğulayıb.