"Trampla görüş Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir" - Göydəniz Qəhrəmanov

&quot;Trampla görüş Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir&quot; - <span style="color:#ff0000">Göydəniz Qəhrəmanov</span>
Kateqoriya məlum deyil09.08.25, 13:0723 👁️
T

Avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına rəsmi səfəri ölkəmizin xarici siyasət tarixində mühüm hadisə kimi yadda qalacaq.

 

Sfera.az xəbər verir ki, bu barədə Göydəniz Qəhrəmanov bildirib.


O qeyd edib ki, Vaşinqtonda baş tutan bu görüş bir daha göstərdi ki, Azərbaycan beynəlxalq arenada etibarlı tərəfdaş, sülhün və əməkdaşlığın təminatçısı kimi qəbul olunur: 

 


"ABŞ kimi qlobal gücün prosesdə fəal iştirakı, eləcə də Donald Trampın şəxsən vasitəçi kimi çıxış etməsi Azərbaycanın beynəlxalq nüfuzunun artmasının bariz göstəricisidir. Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikası arasında imzalanmış sənədlər yalnız siyasi razılaşma deyil, həm də iqtisadi, humanitar və təhlükəsizlik sahələrində yeni əməkdaşlıq imkanlarının başlanğıcıdır. 907-ci düzəlişin ləğvi və ABŞ-ın Azərbaycanla hərbi əməkdaşlığa qoyulan məhdudiyyətləri aradan qaldırması ölkəmizin müdafiə qabiliyyətinin və regional təhlükəsizlik imkanlarının möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir”.

 

"Cənab İlham Əliyevin prinsipial mövqeyi və yüksək diplomatik çevikliyi nəticəsində Ermənistanla uzun illər davam edən gərginliyin aradan qaldırılması istiqamətində tarixi addım atıldı. ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında imzalanan Birgə Bəyannamə regionun gələcək təhlükəsizlik arxitekturası baxımından strateji əhəmiyyət daşıyır”,- Qəhrəmanov əlavə edib.

 

Onun sözlərinə görə, razılaşmaya əsasən, Azərbaycan Naxçıvana birbaşa çıxış əldə edəcək:

 

”Bu, həm iqtisadi əlaqələrin inkişafına, həm də region ölkələri arasında qarşılıqlı etimadın güclənməsinə xidmət edəcək. Eyni zamanda, Ermənistan və Azərbaycan diplomatik əlaqələri bərpa edir və hərbi qarşıdurmanı müddətsiz olaraq dayandırır. Bu, Cənubi Qafqazda sülh və sabitliyin möhkəmlənməsi istiqamətində dönüş nöqtəsidir. Bəyannamə region xalqlarının firavan gələcəyi üçün yeni üfüqlər açır, kommunikasiya xətlərinin bərpasına, sərhədlərin təhlükəsizliyinə və əməkdaşlığın dərinləşməsinə zəmin yaradır”.

 

G.Qəhrəmanov əlavə edib ki, ATƏT Minsk Prosesi və onunla əlaqəli strukturların bağlanması ilə bağlı Azərbaycan Respublikasının və Ermənistan Respublikasının xarici işlər nazirləri tərəfindən ATƏT-ə birgə müraciət imzalandı: 

 

“Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ səfəri həm ikitərəfli münasibətlərdə yeni səhifə açdı, həm də regionun gələcəyinin formalaşmasında ölkəmizin aparıcı rolunu bir daha təsdiqlədi. Bu, diplomatiyamızın parlaq qələbəsi və dövlətimizin strateji hədəflərinə doğru atılmış mühüm addımdır. Qafqazda sülhün bərqərar olması isə tariximizin ən böyük nailiyyətlərindən biri kimi yadda qalacaq”.
 

PAYLAŞ
Sehliyali
Yüklənir...