Bolqarıstan: "Sülhə dəstək verməyə hazırıq"

Bolqarıstan: "Sülhə dəstək verməyə hazırıq"
Kateqoriya məlum deyil09.08.25, 12:4715 👁️
T

Bolqarıstan, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanmasını alqışlayaraq, iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində göstərilən səylərə dəstək verməyə hazır olduğunu bəyan edib.

 

Sfera.az xəbər verir ki, bu barədə Bolqarıstan Xarici İşlər Nazirliyi açıqlama yayıb.

 

“Bu tarixi razılaşma, onilliklərdir davam edən münaqişələrə son qoymaq istiqamətində hər iki tərəfin xoş niyyətinin və öhdəliyinin göstəricisidir. Bu, regionda sülh və rifahın yeni mərhələsinin başlanmasına doğru mühüm addımdır. Bakı və İrəvanın münasibətlərin tam normallaşmasına yönəlmiş səmimi təşəbbüslərini dəstəkləməyə davam edəcəyik”, – bəyanatda qeyd olunub.

 

Xatırladaq ki, avqustun 8-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri Vaşinqtonda “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” sazişi paraflayıblar.

 

Fidan Hacızadə

Sfera.az

PAYLAŞ
Sehliyali
Yüklənir...