Rumıniya, ABŞ Prezidenti Donald Trampın fəal iştirakı ilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanmasını müsbət qarşılayıb.
Sfera.az xəbər verir ki, bu barədə Rumıniyanın xarici işlər naziri Oana Tsoyu “X” sosial şəbəkəsində paylaşım edib.
“Bu hadisə, Cənubi Qafqazda uzunmüddətli sülh, sabitlik və rifaha doğru atılmış mühüm addımdır. Rumıniya Azərbaycan və Ermənistan arasında münasibətlərin tam normallaşmasını dəstəkləyir”, – o qeyd edib.
Xatırladaq ki, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri avqustun 8-də Vaşinqtonda “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” sazişi paraflayıblar.
Fidan Hacızadə
Sfera.az