"Vaşinqton sənədlərinin əhəmiyyətini gələcək nəsillər də hiss edəcək" - Ülvi Quliyev

&quot;Vaşinqton sənədlərinin əhəmiyyətini gələcək nəsillər də hiss edəcək&quot; - <span style="color:#ff0000">Ülvi Quliyev</span>
Kateqoriya məlum deyil09.08.25, 11:058 👁️
T

"Dünyanın birnömrəli paytaxtı  və birnömrəli ofisində Prezident Donald Tramp kimi güclü şəxsiyyətin iştirakı və şahidliyi ilə imzalanmış ikitərəfli və üçtərəfli sənədlərin tarixi əhəmiyyətini, onların bəhrəsini müasir Azərbaycanla yanaşı, gələcək nəsillər də öz həyatlarında mütləq hiss edəcək. Onlar da görəcəklər ki, bu tarixi nailiyyətin arxasında nə qədər güclü siyasi iradə, milli hədəflərimizə xidmət edən fədakar və əyilməz fəaliyyət dayanıb!"

 

Sfera.az xəbər verir ki, bunu deputat Ülvi Quliyev deyib. O, Trampın səmimi etiraf etdiyini vurğulayıb:


"Prezident Donald Trampın Azərbaycan Prezidentinin liderlik keyfiyyətləri ilə bağlı səsləndirdiyi fikirlər tarixdə şəxsiyyət faktorunun səmimi etirafıdır. ABŞ Prezidenti bütün dünyanın qulaq kəsildiyi Ağ Evdə Prezidentimiz haqqında belə dedi:

 

“Siz böyük lidersiniz”. Cənab Donald Tramp Prezident İlham Əliyevin yüksəksəviyyəli danışıqları aparmaq məharətinə xüsusi diqqət yetirərək əlavə etdi: “Siz gözəl danışıq aparırsınız... Sizə daha bir hədiyyəm var. Bu, Ağ Evin rəmzi açarıdır. Mən bunu nadir hallarda təqdim edirəm”.

 

 

Ü.Quliyev əlavə edib:

 

"Bu cür dərin mənalı və nadir siyasi jest Azərbaycanın beynəlxalq hüquq normaları əsasında Cənubi Qafqazda yaratdığı yeni reallığa, bərpa etdiyi tarixi ədalətə və dayanıqlı sülhün əldə olunmasına verdiyi əməli töhfəyə “qıyqacı” baxan bəzi dairələrə həm də xəbərdarlıq mesajıdır!"

PAYLAŞ
Sehliyali
Yüklənir...