Tərtərdə ağır qəza - Ata-oğul öldü

Tərtərdə ağır qəza - Ata-oğul öldü
Kateqoriya məlum deyil
T

Tərtərdə yol nəqliyyat hadisəsi zamanı 3 nəfər vəfat edib.

 

Sfera.az istinadən xəbər verir ki, qəza Hindarx Borsunlu yolunun Tərtər rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Hərəkətdə olan "OPEL" markalı minik maşını "KamAZ" markalı avtomobillə toqquşub. Nəticədə minik avtomobilində 3 nəfər hadisə yerində ölüb.

 

Baş verən yol-nəqliyyat hadisəsində ölənlərin kimliyi də məlum olub.

 

Qəzada ölənlər bunlardır:

 

"Opel" markalı avtomobilin sürücüsü, 1972 - ci il təvəllüdlü Tərtər şəhər sakini Mustafayev Ramin Nurəddin oğlu; sərnişinlər, 1974 - cü il təvəllüdlü Quliyev Həbib İvan oğlu və onun oğlu 1998 - ci il təvəllüdlü Quliyev Vudadi Həbib oğlu.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR