Logo

"Azərbaycan beynəlxalq zəmində güclü aktora çevriləcək"

"Azərbaycan beynəlxalq zəmində güclü aktora çevriləcək"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ və Azərbaycan arasında strateji tərəfdaşlıq istiqamətində mühüm addım atılır. İki ölkə arasında əməkdaşlığın yeni mərhələsini müəyyən edəcək sənədin imzalanacağı gözlənilir.

Bu sənədin əhəmiyyəti nədir və hansı dəyişikliklər olacaq?

Bununla bağlı Sfera.az-a açıqlama verən Milli Məclisin deputatı Hikmət Babaoğlu hazırda ABŞ Prezidenti Donald Tramp və Prezident İlham Əliyevin Azərbaycan-ABŞ əlaqələrinə yeni təşviq vermələrinin, iki ölkə arasında münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməklə əlavə imkanlar yaratdığını söyləyib.

Onun sözlərinə görə, strateji tərəfdaşlıq konkret məqsəd və hədəflər üçün uzunmüddətli və çoxşaxəli əməkdaşlıq kimi qiymətləndirilir:

“Buna görə də strateji tərəfdaşlıq sənədinin imzalanması hər iki ölkənin davamlı, ardıcıl və konkret siyasi, iqtisadi və digər maraqlarını həyata keçirmək üçün şərait yaradacaq. Bu, iki tərəf arasında mühüm uzlaşma mənasını ifadə etməklə, hər iki tərəfin uzunmüddətli ortaq əlaqələrinin və məqsədlərinin olduğunu göstərir. Ona görə də strateji tərəfdaşlıq tərəflərin əvvəlcədən müəyyən olunmuş məqsədlər üçün birgə fəaliyyət göstərməsini nəzərdə tutur. Məncə, bu hal hazırda ABŞ-nin Azərbaycana göstərdiyi diqqət kontekstində şərh edilməlidir”.

Millət vəkili bu strateji əməkdaşlığın əsas səbəblərindən birinin Azərbaycanın Orta Asiya və Ön Asiya arasında yeni kommunikasiyalar əldə etmək potensialı və bunun ABŞ tərəfindən dəstəklənməsi ilə bağlı olduğunu qeyd edib:

"Azərbaycanın eyni zamanda Anadolu vasitəsilə Qərb və Yaxın Şərq istiqamətində plan və strategiyalarının ABŞ tərəfindən təşviq edilməsi mühümdür. Buna görə mən belə düşünürəm ki, bu önəmli hadisə Vaşinqton Bakı əlaqələrinə tamamilə fərqli bir keyfiyyət verəcək. Bu isə beynəlxalq münasibətlər sistemində Azərbaycanın daha güclü aktor olması üçün ciddi və möhkəm zəmin formalaşdıracaq”.

Fidan Hacızadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR