Logo

Arutyunyan: "Yeni müharibə olmayacaq"

Arutyunyan: "Yeni müharibə olmayacaq"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Ermənistan və Azərbaycan arasında yeni müharibə olmayacaq”.

Sfera.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyanın başçılıq etdiyi nümayəndə heyətinin tərkibində ABŞ-də olan Baş nazir Administrasiyasının rəhbəri Araik Arutyunyan deyib.

“Sülh olacaq, müharibə olmayacaq”, - Arutyunyan qeyd edib.

Ölkə rəsmisi Ermənistan müxalifətinin bu gün Vaşinqtonda Azərbaycanla əldə ediləcək razılaşmalarla bağlı spekulyasiya və dezinformasiyalara baş vuracağı barədə xəbərdarlıq edib. A.Arutyunyan cəmiyyəti belə təxribatçı cəhdlərə uymamağa çağırıb.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın sülh sazişi imzalayacağı ilə bağlı bəyanat vermişdi.a

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR