Kreml Qarabağ erməniləri üzərindən yeni siyasi oyun qurur - Ekspert

Kreml Qarabağ erməniləri üzərindən yeni siyasi oyun qurur - Ekspert

Rusiya “Rusiya səninlədir” şüarı altında Qarabağdan könüllü şəkildə Ermənistana köçən ermənilərə humanitar yardım göndərməyə başlayıb. Avqust ayı ərzində bu çərçivədə ümumilikdə 140 ton yardımın çatdırıldığı bildirilir. Yardım kampaniyasının davamlı xarakter daşıyacağı və ay ərzində davam edəcəyi gözlənilir.

 

Sfera.az xəbər verir ki, siyasi ekspert Məhəmməd Əsədullazadənin fikrincə, Moskva bu yardımlarla yalnız humanitar məqsədlərlə kifayətlənmir.

 

Onun sözlərinə görə, Kreml “Rusiya səni unutmayıb” kimi şüarlarla Qarabağ məsələsini gündəmdə saxlamağa çalışır və bunu Azərbaycana qarşı siyasi təzyiq alətinə çevirmək niyyətindədir.


Ekspertin sözlərinə görə, Ermənistan hökuməti Qarabağdan köçmüş şəxslərə vətəndaşlıq və iş imkanı təqdim etsə də, artıq “Qarabağ erməniləri” ifadəsindən uzaq durmağa çalışır:

 

"Lakin Rusiya bu yanaşmadan imtina etmir və bununla Ermənistanın daxili siyasətinə müdaxilə edir".

 

 

M.Əsədullazadə qeyd edir ki, Rusiya Qarabağdan köçən ermənilərin geri qaytarılması üçün yeni kampaniyaya start verə bilər, həmçinin onların vasitəsilə yenidən qondarma separatçı bir qurum yaratmağa cəhd göstərməsi istisna edilmir:

 

“Əgər Ermənistan rəhbərliyi buna göz yumar və Rusiya planlarına şərait yaratsa, bu, ilk növbədə Baş nazir Nikol Paşinyanın özü üçün təhlükə yaradacaq. Belə ki, köçmüş ermənilər daha sonra Paşinyana qarşı bir qüvvəyə çevrilə bilərlər. Eyni zamanda, Rusiya Ermənistan daxilində yeni separatçı mərkəz formalaşdıraraq Azərbaycanı təhdid etməyi və sülh prosesini pozmağı planlaşdırır. Bu çərçivədə artıq “Rossotrudniçestvo”nun Ermənistandakı nümayəndəliyi Qarabağdan köçən şəxslərin şəxsi məlumatlarını – pasport, doğum şəhadətnaməsi və digər sənədlərin surətlərini toplamağa başlayıb”.


Mütəxəssis sonda vurğulayıb ki, Azərbaycan Ermənistan hökumətindən Rusiyanın Qarabağdan köçən ermənilər üzərindən apardığı siyasi oyuna qarşı sərt mövqe nümayiş etdirməsini tələb etməlidir. Çünki Ermənistanla sülh müqaviləsi bağlandıqdan sonra belə, Rusiya Qarabağ məsələsindən əl çəkmək niyyətində deyil.


Bəsti Rəfizadə
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Türkmənistan lideri Ermənistan prezidentinə təşəkkür etdi

Türkmənistanın Türkmənbaşı şəhərində işgüzar səfərdə olan Ermənistan Prezident Vaaqn Xaçaturyan türkmən həmkarı Sərdar Berdiməhəmmədov ilə görüşüb.   ...

“Bu görüşün tarixi bir əhəmiyyəti var” – Millət vəkili

“Niyyət protokolu razılaşmanın təsdiq edilməsidir. Məhz Azərbaycanla Ermənistan arasında Vaşinqtonda keçirilən görüşdə hansı sənədin imzalanacağı hələ bəl...

Bu göldə çimənlərin saçı saralır - FOTOLAR

Türkiyədə Van gölündə üzən uşaqların saçları saralıb.   Sfera.az Qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb göl suyunun tərkibində olan miner...

Birbank kartlarında yeni dövr: limitsiz bonuslar ilə daha çox qazanmaq imkanı

1 avqust 2025-ci il tarixindən etibarən Birbank kartları üzrə bonus mexanizmi yenilənib. Yeni şərtlər çərçivəsində istifadəçilər partnyor ticarət və xidmət mənt...

Pezeşkian Əli Əkbər Əhmədianı yeni vəzifəyə təyin etdi

İran prezidenti Məsud Pezeşkian Əli Əkbər Əhmədianı prezidentin xüsusi nümayəndəsi və İranın Milli və Strateji Layihələrin İnkişafı Qərargahının rəhbəri təyin e...

Bu ərazilərdə işıq olmayacaq

Bu gün Bakının Sabunçu rayonunun Ramana qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.   Bu barədə Sfera.az-a &ldqu...