Paşinyandan mesaj: "İmzalayacağıq"

Paşinyandan mesaj: "İmzalayacağıq"

Avqustun 8-də Ağ Evdə Azərbaycan, ABŞ və Ermənistan liderlərinin gözlənilən görüşü çərçivəsində sülh sazişinə dair sənəd imzalanacaq.

 

Sfera.az xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti mənbələrə istinadla məlumat yayıb.

 

Nəşr xatırladır ki, həftəsonu Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp arasında görüş planlaşdırılır:

 

“ABŞ mediası və analitiklərinin məlumatına görə, tərəflər Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olmasına yönəlmiş anlaşma memorandumu imzalamağa hazırlaşır. Görüşdən əvvəl komandası ilə görüşən Nikol Paşinyan bildirib ki, indiki mərhələdə heç bir ilkin şərt olmadan sülhə hazırdır. Baş nazir vurğulayıb ki, Vaşinqtonda keçiriləcək görüş çərçivəsində müəyyən bir sənəd imzalanacaq.

 

Mənbələrə görə, ABŞ Sünik probleminin (Zəngəzur dəhlizi məsələsinin) həlli üçün müəyyən nəzarət elementlərini nəzərdə tutan həll təklif edib”.

 

Xatırladaq ki, bir neçə gün əvvəl ABŞ-nin Türkiyədəki səfiri Tomas Barak Vaşinqtonun yolu 100 illik icarəyə götürmək və özəl şirkət vasitəsilə idarə etmək istədiyini açıqlamışdı.


OXŞAR XƏBƏRLƏR

Alimlər xərçəngə qarşı peyvənd ixtira etdi

Milli Tayvan Universitetindən olan alim qrupu induksiya olunmuş plüripotent kök hüceyrələri əsasında siçanlarda bağırsaq xərçənginin qarşısını uğurla almış və o...

Pedofillərin qurbanları: Onları necə qoruyaq?

Cəmiyyətin təhlükəsizliyi və uşaqların qorunması hər birimizin üzərinə düşən mühüm məsuliyyətdir. Son dövrlərdə pedofiliya halları ilə bağlı məlumatların artmas...

“Bolt” da Zəngəzur dəhlizini “açdı”: Gedişhaqqı bilindi – FOTO

“Bolt” taksi şirkətinin tətbiqində Bakıdan Naxçıvan Muxtar Respublikasına avtomobillə səfərlər üçün yol əks olunub.   Sfera.az “Glo...

Trampın bu qərarı elm aləmində ciddi narazılıq yaratdı

Donald Tramp NASA-nın iqlim dəyişikliyi ilə bağlı həyati məlumatlar toplayan iki peyk missiyasının dayandırılması üçün plan hazırlanması tapşırılıb.  ...

İlham Əliyev onu təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Yamaykanın Baş naziri Endryu Holnessə təbrik məktubu ünvanlayıb.   Sfera.az-ın məlumatına görə, mətndə deyilir: ...

Azərbaycanın dövlətçilik tarixi: Elm və mədəniyyətinin təbliği

Azərbaycan, qədim dövlətçilik ənənələrinə malik, zəngin mədəni irsi və dərin elmi potensialı olan bir ölkədir. Bu coğrafiyada formalaşan sivilizasiyalar təkcə r...