Rusiyanın dövlət televiziyalarında Azərbaycana qarşı TƏXRİBAT

Rusiyanın dövlət televiziyalarında Azərbaycana qarşı TƏXRİBAT

Son günlər Rusiya dövlət televiziyalarında yayımlanan bəzi süjetlər və verilişlər Azərbaycana qarşı açıq-aşkar qərəzli mövqe nümayiş etdirir. Bu materiallarda hətta Azərbaycanın suveren ərazisi olan Qarabağ uydurma "Artsax" adlandırılır, Ermənistan hökuməti isə bölgədən könüllü şəkildə çıxan ermənilərə guya lazımi yardım göstərməməkdə günahlandırılır. Halbuki beynəlxalq hüquq normalarına əsasən, Qarabağ Azərbaycanın tərkib hissəsidir, qondarma "Artsax" ölkə adı yox, terror yuvasının adı olub və burada yaşayan ermənilər də ərazimizi könüllü şəkildə tərk ediblər. Deməli, Rusiya bunu bildiyi halda, əksinə hərəkət edir. Dövlət kanalında belə sərsəm fikirlər səsləndirilsə, bu, təxribatdan başqa bir şey deyil və məqsədyönlü xarakter daşıyır.


Sfera.az Oxu.Az-a istinadən xəbər verir ki, Milli Məclisin deputatı Pərvanə Vəliyeva bu barədə müsahibə verib.
 

Deputat bildirib ki, Azərbaycan əleyhinə qərəzli və əsassız fikirlərin səsləndirilməsi, Rusiya hüquq-mühafizə orqanlarının azərbaycanlılara qarşı aqressiv və qeyri-humanist davranışı və ritorikası iki ölkə arasında münasibətlərə zərər gətirir:

 

"Xüsusilə zaman-zaman Rusiyanın müxtəlif media resurslarının "Stepanakert", "Dağlıq Qarabağ respublikası" və "Arstax" kimi qondarma məfhumlara yer verməsi Azərbaycanın suverenliyinə qarşı açıq təxribatdır. Rusiya TV kanalı tərəfindən Azərbaycanın Qarabağ bölgəsindən könüllü olaraq köçmüş erməni əhalisinin vəziyyəti ilə əlaqədar guya narahatlıqların ifadə edilməsi isə absurddur. Rusiya tərəfi hətta irəli gedərək üstündən iki il keçəndən sonra Qarabağdan Ermənistana köçmüş şəxslərə humanitar yardım etməyə başlayıb. Mətbuatda ölkəmizə qarşı aparılan qarayaxma kampaniyası çərçivəsində istifadə edilən tezislərin Rusiya dövlət təmsilçiləri tərəfindən də istifadə edilməsi bu "orkestrin" arxasında Kremlin olmasını açıq şəkildə göstərir".
 

"Təyyarəmizin Rusiya tərəfindən vurulması, zərərçəkən tərəflərə kompensasiyanın ödənilməməsi, hadisəni törədənlərin cəzalandırılmaması, tələb olunan şəkildə ciddi araşdırmaların aparılmaması, Azərbaycan tərəfinin məsələ ilə bağlı haqlı tələblərinə laqeyd yanaşma artıq Azərbaycanı bu məsələdə beynəlxalq mühakiməyə getməyə vadar etdi.
 

Bu kimi məsələlər daha çox daxili auditoriyaya hesablanır. Belə ki, süni gərginliyin yaradılması uğursuzluqları üçüncü qüvvə hesabına ört-basdır etməyə cəhdlərdir. Regionda yaranmış hazırkı reallıqla barışmaq bəzi qüvvələr üçün çətindir. Onlar anlayırlar ki, Qarabağ məsələsində ölkəmizə təsir etmək artıq mümkün olmayacaq. Bunu qəbul etmək və bərabərhüquqlu münasibətlər qurmaq lazımdır", - deyə parlamentari vurğulayıb.

 

Millət vəkili əlavə edib ki, İvan Ayvazovskinin büstünün Rusiya sülhməramlıları tərəfindən Azərbaycanın razılığı olmadan Xankəndidə quraşdırılması Rusiyanın "mədəniyyət" pərdəsi altında ərazidə möhkəmlənmək cəhdi idi:
 

"Azərbaycanın bu büstü sökməsi ölkəmizin suveren hüququdur. Ərazimizlə bağlı bütün qərarlar və hüquqlar dövlətimizə məxsusdur".

 


OXŞAR XƏBƏRLƏR

Ədliyyə Nazirliyinin polkovniki iş başında infarkt keçirdi

Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Mühafizə Alayının komandiri polkovnik Rauf Əsədov iş başında infarkt keçirib.   Sfera.az-ın məlumatına gör...

Uçuş qaydalarına məhəl qoymayaraq 2 saat gecikməyə səbəb oldu: Təyyarədən endirildi

Böyük Britaniyadan İspaniyaya yola düşməyə hazırlaşan “Ryanair” təyyarəsində gözlənilməz böhran yaşanıb. Sərnişin qaydalara əməl etmədiyi üçün reys ...

Türkiyəli müğənni vəfat etdi - FOTO

Türkiyəli müğənni Səlcuq Alagöz vəfat edib.   Sfera.az xəbər verir ki, bir müddətdir səhhətində problemlər yaşayan ifaçı bu gün 81 yaşında ...

“Qarabağ” səfərdə QƏLƏBƏ QAZANDI

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti sınağına çıxacaq.   Sfera.az xəbər verir ki, Ağdam təmsilçisi turnirin 3-cü təsnifat m...

Üzünü 2 min dollara satan qız süni intellektin tələsinə düşdü

Böyük Britaniyanın 23 yaşlı sakini süni intellektə malik bir startap üçün model olmağa razılaşaraq müqavilə bağlayıb. O, bununla artıq üzünün istifadəsinə nəzar...

Netanyahu 3 saatlıq iclas keçirdi: Qəzzanın işğalı...

İsrailin Baş Qərargah rəisi Eyal Zamir Qəzzaya hücumların davam etdirilməsi planlarını Baş nazir Benyamin Netanyahuya təqdim edib.   Sfera.az xəbər v...