Neftin ucuzlaşması Rusiyanı Ukraynada dayandıra bilər - Tramp

Siyasət
17:37 / 05.08.2025
4000
Dünyada neft qiymətlərinin 1 barel üçün daha 10 dollar aşağı düşməsi Rusiyanı Ukraynada döyüş əməliyyatlarını dayandırmağa məcbur edə bilər.
Sfera.az Report-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “CNBC News” telekanalına müsahibəsində bildirib.
"Əgər neft 1 barel üçün daha 10 dollar ucuzlaşsa, onun (Rusiya Prezidenti Vladimir Putinin - red.) seçimi qalmayacaq. İqtisadiyyat artıq ağır vəziyyətdədir", - o qeyd edib.
D.Tramp, Rusiya neftini aldığı üçün növbəti 24 saat ərzində Hindistana qarşı rüsumları əhəmiyyətli dərəcədə artırmaq niyyətində olduğunu bəyan edib:
"Biz 25 %-də dayandıq. Amma düşünürəm ki, növbəti 24 saat ərzində onları əhəmiyyətli dərəcədə artıracağam, çünki onlar Rusiya neftini alırlar".