Azərbaycan və Ermənistan Anlaşma Memorandumu imzalayacaq - İddia

Siyasət
10:21 / 05.08.2025
1546
Azərbaycan və Ermənistan cümə günü Vaşinqtonda sülhə nail olmaq məqsədilə Anlaşma Memorandumu imzalamağa hazırlaşırlar.
Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə "Middle East Eye" portalı regional mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, ABŞ Prezidenti Donald Tramp bu məqsədlə Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı Ağ Evdə qəbul edəcək.
Qeyd edilir ki, sənədin imzalanma mərasimi Ağ Evdə keçiriləcək.