Prezident Təminat Fonduna yeni səlahiyyət verilməsini təsdiqləyib

Prezident Təminat Fonduna yeni səlahiyyət verilməsini təsdiqləyib

Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi “Dövlət borcu haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

 

Sfera.az xəbər verir ki, dəyişiklik dövlət büdcəsindən verilən büdcə ssudalarının həmin ssudaları alan təşkilatlar tərəfindən geri qaytarılmaması halında qeyd olunan ssudaların Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu hesabına bağlanılması (ödənilməsi) nəzərdə tutulur.

 

Bu, Təminat Fondunun yalnız dövlət borcu və zəmanəti üzrə öhdəliklərin yerinə yetirilməsi ilə deyil, həm də qaytarılmayan büdcə ssudalarının əvəzinin ödənilməsi ilə bağlı daha çevik bir alətə çevrilməsinə imkan yaradacaq.

 

Eyni zamanda layihədə "Büdcə sistemi haqqında" qanunda dəyişiklik edilməsi barədə" qanun layihəsinin hazırlanması ilə əlaqədar uyğunlaşdırılmaların aparılması məqsədilə Təminat Fondunun mənbələri ilə əlaqədar düzəliş təklif olunub.


OXŞAR XƏBƏRLƏR

İran həbs edilən Azərbaycan vətəndaşları barədə məlumat vermir

İran saxlanılan və həbs edilən əksər Azərbaycan vətəndaşları barədə məlumat təqdim etmir.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətb...

Əlverişsiz hava şəraiti: Sabah bu insanlar diqqətli olsun!

Sabah meteohəssas insanlar üçün əlverişsiz hava şəraiti müşahidə olunacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verili...

21 məktəb direktoru işdən çıxarılıb - RƏSMİ

21 məktəb direktorunun əmək müqaviləsinə xitam verilib.   Sfera.az xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.   Bildirilib ki, Məktəbə...

İranın iddialarının heç bir əsası yoxdur - Azərbaycan XİN

İran Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi İsmayıl Bəqainin guya Azərbaycanda iranəsilli məhbuslarla pis rəftar edilməsi ilə bağlı iddialarının heç bir...

Müdafiə Nazirliyindən TƏCİLİ AÇIQLAMA!

Sünik rayonu ərazisindəki döyüş mövqeləri arasında yol tikinti işləri aparan ekskavatora avqustun 4-də saat 13:10 radələrində Azərbaycan Ordusunun bölmələri tər...

Qabiliyyət imtahanı üçün 37 mindən çox abituriyent qeydiyyatdan keçdi

Bu gün idman istiqamətinə aid 61 (məşqçilik) komissiya üzrə ixtisas imtahanları keçirilir. İmtahanlarda 1032 abituriyentin (subbakalavrın) iştirakı nəzərdə tutu...