Suriya Azərbaycanın qaz tədarük etdiyi 14-cü ölkə oldu

Siyasət
19:30 / 03.08.2025
3814
“Bizim enerji tərəfdaşlığımız möhkəmlənir və SOCAR beynəlxalq miqyasda daha böyük oyunçuya çevrilir”.
Sfera.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Avronyus Turkish”ə deyib.
M.Cabbarov, həmçinin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti SOCAR-ın regional və qlobal enerji bazarlarında getdikcə daha çox nüfuz qazandığını qeyd edib.
O bildirib ki, Suriya Azərbaycanın təbii qaz tədarük etdiyi 14-cü ölkə olub:
“Azərbaycan Suriyaya təbii qaz tədarükünə başlamaqla enerji diplomatiyasının genişləndirilməsi istiqamətində mühüm addım atıb”.
Qeyd edək ki, avqustun 2-də Türkiyə-Suriya təbii qaz boru kəmərinin açılışı ilə Azərbaycandan təbii qazın Kilis vasitəsilə Suriyaya ixracı başlayıb.