Mehriban Əliyeva: “O, yaşından asılı olmayaraq hər kəsin sevdiyi əsl Xalq artisti idi” – FOTO

Siyasət
10:33 / 01.08.2025
5222
Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Arif Babayevin vəfatı ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Sfera.az xəbər verir ki, paylaşımda deyilir:
"Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi Arif Babayevin vəfatı mədəniyyətimiz, bütün xalqımız üçün əvəzsiz itkidir. O, yaşından asılı olmayaraq hər kəsin sevdiyi əsl Xalq artisti idi. Onun məharətlə ifa etdiyi muğamlar milli musiqi irsimizi daha da zənginləşdirmişdir. Arif Babayevin xoş, nurlu xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır. Allah rəhmət eləsin".