Rusiya Suriya ilə yaxınlaşır - Görüş yaxşı nəticələnib

Rusiya Suriya ilə yaxınlaşır - Görüş yaxşı nəticələnib

Moskvada keçirilən görüşdən sonra Suriyanın Xarici İşlər Naziri Əsəd Əl-Şeybani Rusiya ilə münasibətlərin yaxın gələcəkdə “əla istiqamətdə” inkişaf edəcəyinə inandığını bildirib.

 

Sfera.az “TASS” agentliyinə istinadən xəbər verir ki, Əl-Şeybani Rusiya Xarici İşlər Naziri Sergey Lavrovla birgə mətbuat konfransında vurğulayıb ki, Dəməşq gələcəkdə bütün ölkələrə bərabər münasibət göstərəcək və əməkdaşlığı yalnız öz suverenliyinə hörmət çərçivəsində quracaq:


“Biz Rusiyadan bu mövqeyə dəstək eşitmişik və şadıq ki, münasibətlərimiz çox yaxın zamanda daha da inkişaf edəcək”, – deyə o qeyd edib.

 

Nazir əlavə edib ki, görüş zamanı əvvəlki razılaşmalara yenidən baxılmasına və birgə hökumətlərarası komissiyanın yenidən formalaşdırılmasına qərar verilib. Məqsəd mövcud mexanizmlərin xalqa daha səmərəli xidmət etməsini təmin etməkdir.

 

Əl-Şeybani həmçinin iki ölkə arasındakı əlaqələrin tarixi xarakter daşıdığını bildirib:


“Biz iqtisadi dirçəliş mərhələsindəyik, bizə dostlar və tərəfdaşlar lazımdır. Keçmişdən gələcək üçün faydalı dərslər alaraq möhkəm addımlarla irəliləyəcəyik”, – deyə o vurğulayıb.

 

Fidan Hacızadə
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Lalə Azərtaş Arif Babayevin son görüntüsünü paylaşdı

Aparıcı Lalə Azərtaş mərhum Xalq artisti Arif Babayevin son görüntülərini paylaşıb.   Sfera.az xəbər verir ki, aparıcı 2 həftə əvvəl xanəndənin ...

Bakıda məşhur klubun fəaliyyəti dayandırıldı - VİDEO

Fövqəladə Hallar Nazirliyi Nərimanov rayonunda yanğın təhlükəli obyektin fəaliyyətini dayandırıb.   Nazirliyin Mətbuat xidmətindən Sfera.az-a verilən...

Turizm ölkəmizə böyük valyuta axınını təmin edir - Göydəniz Qəhrəmanov

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri, millət vəkili Göydəniz Qəhrəmanov ölkəmizdə turizmin vəziyyəti ilə bağlı müsahibə verib.&...

"Putin heç vaxt məzuniyyətə çıxmır" - KREML

“Rusiya prezidenti Vladimir Putin heç vaxt rəsmi olaraq məzuniyyətə çıxmır, lakin bəzən bir-iki gün istirahət edir. Belə olduqda da fiziki olaraq tam isti...

ABŞ tariflərdə mühüm dəyişiklik etdi – Bu tarixdə qüvvəyə minəcək

ABŞ Prezidenti Donald Tramp dünyanın bir sıra ölkələrinə qarşı yeni idxal rüsumlarının tətbiqi ilə bağlı sərəncam imzalayıb.    Sfera.az “...

Castin Timberleyk xəstəliyə yoluxdu

Bir neçə gün öncə Bakıda konsert verən məşhur müğənni Castin Timberleyk Laym xəstəliyinə yoluxub.   Sfera.az xəbər verir ki, bu barədə müğənni özünün...