Həbsdə olan baş redaktorun cəzası azaldıldı


Həbsdə olan baş redaktorun cəzası azaldıldı

"Gündəlik Bakı" qəzetinin həbsdə olan təsisçisi və baş redaktoru Habil Vəliyevin barəsində çıxarılmış hökmə dair apellyasiya şikayətinə baxılıb.

 

Sfera.az APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Zəfər Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, birinci instansiya məhkəməsinin hökmündə dəyişiklik edilib. Habil Vəliyevin cəzası 1 il azaldılıb.

 

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Habil Vəliyev 8 il müddətinə azadlıqdan məhrum edilib.

 

O, hüquq-mühafizə orqanlarına vətəndaşdan daxil olan müraciət əsasında saxlanılıb.

 

Habil Vəliyev bir neçə nəfəri şantaj etməkdə ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (təkrarən hədə-qorxu ilə tələb etmə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

 

Qeyd edək ki, Habil Vəliyev bundan əvvəl də eyni ittihamla 4 il müddətinə azadlıqdan məhrum edilmişdi.


OXŞAR XƏBƏRLƏR

Pensiya ilə bağlı MÜHÜM XƏBƏR: Bu şəxslər tez çıxa bilər - 10 il...

Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında dəyişiklik edilib. Bu barədə Baş ...

Türkiyədə də ZƏLZƏLƏ OLDU

Türkiyənin Konya şəhərində 4,3 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Fövqəladə Halların İdarəedilmə...

32 kişi ilə birlikdə 7 il adada qapalı qalan qadın: Kazuko Hiqa

Bu hekayəni ilk oxuduğunuz zaman tamamilə uydurma görünə bilər. Bununla belə, Kazuko Hiqanın təcrübələri real və olduqca təəccüblüdür. İkinci Dünya Müharibəsind...

Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salındı

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.   Sfera.az xəbər verir ki, növbəti ...

Rusiyada 8 bal gücündə zəlzələ oldu - Ölkələrdə sunami təhlükəsi elan edildi

Rusiyanın Severo-Kurilsk şəhərində 7,9 bal gücündə zəlzələ baş verib.   Sfera.az bu barədə TASS-a istinadən xəbər verir.   Bildirilib ki, ...

Salvador Dalinin minlərlə manat dəyərində olan tablosu “qəpik-quruşa” satıldı - TƏFƏRRÜATLAR

Məşhur ispan rəssamı Salvador Dalinin bir tablosu 20-30 000 funt-sterlinq (təxmini 70.000 Azn) qiymətləndirilməsinə baxmayaraq, satışda 150 funt-sterlinqə (8400...