Ermənistanla hərbi qarşıdurma və ya eskalasiya gündəmdə deyil – Hikmət Hacıyev

Ermənistanla hərbi qarşıdurma və ya eskalasiya gündəmdə deyil – Hikmət Hacıyev

Ermənistanla Azərbaycan arasında hərbi qarşıdurma və ya eskalasiya gündəmdə deyil.

 

Sfera.az “Report”a istinadən xəbər verilir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibəsində deyib.

 

Onun sözlərinə görə, hazırda Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üçün işlər davam etdirilir:

 

“Bəzən ölkələr kağız üzərində sülh sazişi imzalayır, amma real sülh olmur. Cənubi Qafqazda isə əksinədir – real sülh mövcuddur. Ermənistanla Azərbaycan arasında hərbi qarşıdurma və ya eskalasiya gündəmdə deyil. Bəzi mübahisəli məqamlar qalıb – bu da tamamilə normaldır. Bunun üçün də diplomatiya və dialoq var”.

 

Prezidentin köməkçisi əlavə edib ki, Azərbaycan sülhə və bölgənin transformasiyasına hazırdır:

 

“Artıq Bakı tərəfindən hazırlanaraq Ermənistana təqdim olunan sülh sazişinin mətni böyük ölçüdə razılaşdırılıb. Bu, çox müsbət haldır. Bəli, hələ həllini tapmamış bəzi detalları var. Məsələn, Ermənistan Konstitusiyasında Azərbaycan ərazilərinə iddialar yer alır. Hər bir ölkənin Konstitusiyası daxili məsələdir – başqa ölkənin adını və ya bölgəsini əhatə etmədiyi halda. Biz bu sülh sazişini təkcə Ermənistan hökuməti ilə yox, Ermənistan xalqı ilə də imzalamaq istəyirik. Ermənilərin Konstitusiyada dəyişiklik edib Azərbaycan ərazilərinə olan iddialardan rəsmi şəkildə imtina etməsini görmək istəyirik”.

 

“Yəni məsələ yalnız Ermənistan Konstitusiyası deyil?”, – sualına H.Hacıyev belə cavab verib: “Bu məsələ həll olunduqdan sonra sülh yolunda artıq ciddi maneələrin qalmayacağına inanırıq”.


OXŞAR XƏBƏRLƏR

Lənkəranda xilasedici dənizdəki tora ilişərək XƏSARƏT ALDI

Lənkəranda çimərlikdə xidmət aparan xilasedici gözlənilməz şəkildə dənizdəki balıqçı toruna ilişərək xəsarət alıb. Sfera.az xəbər verir ki, Bizim...

Ağdam qəzasında xəsarət alan şəxslərin kimliyi AÇIQLANDI

Ağdamda baş vermiş yol qəzasında yaralanan şəxslər Bərdə rayon mərkəzi xəstəxanasına yerləşdirilib.   Sfer.az xəbər verir ki, onların kimliyi mə...

Dünyada ilk tək: Hibrid fil nə vaxt doğuldu və ona nə oldu?

Hələ 1978-ci ildə Böyük Britaniya zooparkında bənzərsiz bir fil balasının doğulması genetik unikallığı ilə bütün dünyanın diqqətini çəkmişdi. O, müxtəlif növlər...

İstanbulda görüşə bilərlər

“Rusiya və Ukrayna İstanbulda görüşmək niyyətlərini bəyan edirlər. Tramp da bu prosesdə maraqlıdır. Üç liderin İstanbulda görüşəcəyinə inanıram”. ...

"Neftçi" Yunanıstan klubu ilə qarşılaşacaq

“Neftçi” iyulun 27-də Polşa təlim-məşq toplanışı çərçivəsində üçüncü yoxlama matçını keçirəcək.   Sfera.az xəbər verir ki, bu barədə klub...

Tovuzda əkin sahələrini yandıran şəxslər SAXLANILDI

Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yanğın hadisələrinin qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər davam etdirilir.   ...