“Qərar qəbul etdik ki, o şeytan yuvasını dağıdaq” - Prezident

“Qərar qəbul etdik ki, o şeytan yuvasını dağıdaq” - Prezident

“İşğal dövründə sepatçılar burada bir bina tikmişdilər. Onlar onu “parlament” adlandırırdılar”.

 

Sfera.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşdə səsləndirib.

 

“İlk gəlişimizin birində belə düzgün qərar qəbul etdik ki, o şeytan yuvasını dağıdaq. Və onun yerində belə bir gözəl Konqres Mərkəzini inşa etdik” - dövlət başçısı əlavə edib.

 

Qeyd edək ki, ötən ilin iyulun 5-də Prezident İlham Əliyev Xankəndi Konqres Mərkəzinin təməlin qoyub. Bu ilin iyulun 3-də isə dövlət başçısı Xankəndi Konqres Mərkəzinin açılışında iştirak edib.


OXŞAR XƏBƏRLƏR