Moskvadakı Azərbaycan diasporu fəaliyyətini dayandıra bilər

Siyasət
14:00 / 19.07.2025
2365
"Moskva vilayətindəki Azərbaycan diasporu fəaliyyətini dayandıra bilər".
Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, bu haqda Azərbaycan diasporunun rəhbəri Elşən İbrahimov Rusiya mediasına məlumat verib.
O qeyd edib ki, Rusiya vətəndaşlığından çıxarılmasından və ölkədən deportasiyasından sonra diaspora fəaliyyətini dayandıracaq.
"Diasporamız milli təhlükəsizlik üçün təhdid kimi qiymətləndirilir. Diasporanı çox güman ki, buraxacaqlar, çünki hazırkı vəziyyətdə heç kim bu sahədə işləmək istəmir",- deyə E. İbrahimov əlavə edib.
Qeyd edək ki, 30 ildən çoxdur ki, Rusiyada yaşayan Elşən İbrahimov iyulun 4-də Rusiyada qalma qaydalarını pozduğuna görə saxlanılıb, daha sonra vətəndaşlıqdan məhrum edilərək ölkədən deportasiya olunmuşdu.