"Paşinyan vəzifədən getməlidir"

Rusiya Erməniləri İttifaqının (UAR) rəhbəri Ara Abramyan Ermənistanın Baş naziri Nikol Paşinyanın vəzifəsindən getməli və ya qarşıdan gələn seçkilərdə iştirak etməməli olduğunu bildirib.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, o bu barədə fikirlərini verdiyi müsahibədə səsləndirib.
“Əgər Paşinyan erməni xalqı haqqında bir az da olsa düşünürsə, getməli olduğunu bəyan etməlidir. Bu onun üçün yeganə uyğun addım olar”, – deyə Abramyan vurğulayıb.
Qeyd edək ki, bu açıqlamalar Ermənistan hökumətinin Rusiya ilə münasibətlər fonunda verilib. Bir gün öncə Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan etmişdi ki, İrəvan Moskva ilə münaqişə axtarışında deyil.
Xatırladaq ki, yanvarın 15-də Ermənistanın müdafiə naziri Suren Papikyan da ölkəsinin Rusiya ilə münasibətləri yüksək səviyyədə saxlamaqda maraqlı olduğunu vurğulamışdı. O, Ermənistanın de-fakto Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirak etmədiyini desə də, Rusiya ilə ikitərəfli sənədlərin heç birini ləğv etmədiklərini və təşkilatdan çıxmadıqlarını bildirmişdi.
Həmçinin, bundan əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov da açıqlamasında Rusiya və Ermənistanın inamsızlıq və inciklik mərhələsini artıq geridə qoyduqlarını bəyan etmişdi.
Fidan Hacızadə
Sfera.az