Paşinyandan mühüm açıqlama:"Sərhədə ermənilər yerləşdiriləcək, ABŞ isə..."

Amerika şirkəti Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək nəqliyyat dəhlizinin idarəedici operatoru ola bilər.
Sfera.az “İnterfaks”a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
“Hazırda bu variant, Amerika tərəfinin iştirakı ən çox müzakirə olunan istiqamətdir. Aktiv və intensiv müzakirələr gedir. Sərhəddə Ermənistan sərhədçiləri də yerləşdiriləcək”,– deyə Paşinyan açıqlama verib.
Bundan əvvəl ABŞ-nin Türkiyədəki səfiri Tomas Barak bəyan etmişdi ki, Vaşinqton Bakı ilə İrəvan arasındakı danışıqları irəlilətmək məqsədilə Ermənistanın cənubunda Azərbaycanın əsas hissəsini Naxçıvanla və İran sərhədinə birləşdirəcək nəqliyyat dəhlizinin idarə edilməsinə hazırdır.
Paşinyan əlavə edib ki, bütün bu proseslər Ermənistanın ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası çərçivəsində həyata keçiriləcək. Onun sözlərinə görə, ABŞ-dan başqa, Avropa İttifaqı və Çin də sözügedən yolun idarə olunmasında maraqlıdır.
Fidan Hacızadə
Sfera.az