Milli Məclisin növbədənkənar sessiyası başa çatdı

Kateqoriya məlum deyil
T
Milli Məclisin növbədənkənar sessiyası başa çatıb.
Sfera.az xəbər verir ki, sessiyaya parlamentin bu gün keçirilən iclası ilə yekun vurulub.
Parlamentin sədri Sahibə Qafarova iclas zamanı bildirib ki, növbədənkənar sessiya iyunun 3-dən başlayıb, 7 iclas keçirilib, 45 qanun və qərar, 2 konstitusiya qanunu qəbul edilib, 2 dinləmə keçirilib.
İclasın sonunda Milli Məclisin sədri Sahibə Qafarova Milli Məclisin növbədənkənar sessiyasını bağlı elan edib. Dövlət himni səsləndirilib və Parlamentin növbədənkənar sessiyası öz işini başa çatdırıb.
Firuzə Əliyeva
Sfera.az






