Lavrov və Rubio arasında telefon danışığı olub

Lavrov və Rubio arasında telefon danışığı olub

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ-nin dövlət katibi Marko Rubio iki ölkə arasında ikitərəfli gündəlikdəki məsələlərin bütün spektrini və beynəlxalq vəziyyəti hərtərəfli müzakirə ediblər. 

 

Sfera.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.

 

“Ukrayna ətrafındakı vəziyyətin nizamlanması, İran və Suriya ilə bağlı vəziyyət, eləcə də digər bir sıra beynəlxalq məsələlər üzrə ətraflı və səmimi fikir mübadiləsi aparılıb”, – deyə bəyanatda qeyd olunur.

 

Nazirliyin məlumatına görə, münaqişə ocaqlarının sülh yolu ilə həllinə və Rusiya ilə ABŞ arasında əməkdaşlığın bərpasına qarşılıqlı maraq ifadə edilib. Bundan əlavə, iki ölkə arasında birbaşa hava əlaqələrinin bərpası məsələsi də gündəmə gətirilib.

 

Bəyanatda vurğulanır ki, Rusiya və ABŞ xarici işlər nazirlikləri arasında qarşılıqlı hörmətə əsaslanan dialoq davam etdiriləcək.

 

Qeyd edək ki, bundan əvvəl Sergey Lavrov Marko Rubionu ABŞ-nin Müstəqillik Günü münasibətilə təbrik etmişdi.

 

Fidan Hacızadə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR