"Xankəndidən dünyaya mesaj verildi" - Vüqar Bayramov

"Xankəndindən dünyaya mesajların verilməsi Ali Baş Komandanımızın rəhbərliyi ilə regionda yeni düzənin artıq formalaşdığını bir daha təsdiq edir".
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyası üzrə plenar iclasında deputat Vüqar Bayramov deyib.
Millət vəkilinin sözlərinə görə, İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Sammiti çərçivəsində Azərbaycanın Xankəndi şəhərində verilən qlobal mesajlar 570 milyon əhalisi, 2.7 trilyon dollar nominal, 8.9 trilyon dollar real ÜDM-ə sahib olan dövlətləri təmsil edən qurumun mövqeyi idi:
"Son 10 ildə təşkilata üzv ölkələrdə iqtisadi artım 4.0 faizə yaxın olub. 2023-cü ildə isə təşkilata üzv dövlətlərinin iqtisadiyyatı orta hesabla 3.7 faiz böyüyüb ki, bu da 2.8 faizlik qlobal artımdan daha yüksəkdir".
Millət vəkili bildirib ki, artıq 50 mindən çox vətəndaşımız işğaldan azad olunan ərazilərdə yaşayır və çalışırlar. 15 mindən çox keçmiş məcburi köçkün isə öz doğma yurdlarına qayıdıb.
"Gələn ilin sonunadək Qarabağda və Şərqi Zəngəzurda məskunlaşanların sayı 140 min, o tarixi ərazilərimzdə yaşayanların sayı isə 200 mindən çox olacaq. Budur əsası Milli Lideri tərəfindən formalaşdırılan və cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edən müasir Azərbaycanın gücü",- deyə deputat söyləyib.
Firuzə Əliyeva
Sfera.az