Ermənistan Rusiya ilə buna görə düşmən düşdü - RƏY

Ermənistan Rusiya ilə buna görə düşmən düşdü - RƏY

Ermənistanla Rusiya arasında gərginlik daha da dərinləşir. Son günlərdə İrəvan rəhbərliyi Moskvaya qarşı bir sıra sərt addımlar atıb. Belə ki, Ermənistan Rusiyadan dondurma idxalına qadağa qoyub və Rusiya telekanallarının ölkə ərazisində yayımının dayandırılacağını bəyan edib.

 

Tarixən müttəfiq rolunda olan iki ölkə arasında nə baş verir?

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Sultan Zahidovun sözlərinə görə, iki ölkə arasında yaranan gərginliyin əsas səbəbi Rusiyanın Cənubi Qafqazda yenidən fəallaşmaq cəhdləridir:

 

 

"Rusiya Ermənistanın daxili işlərinə müdaxilə edərək, orada özünə loyal şəxsləri hakimiyyətə gətirmək istəyir. Daha dəqiq desək, Rusiya Ermənistanda bir çevriliş etməyə cəhd göstərir. Hazırda Ermənistanda baş verənlər – kilsənin ayağa qalxması, müxalifətin Paşinyanın istefasını tələb etməsi, eləcə də Rusiya vətəndaşı olan erməni əsilli milyarder Kanver Karapetyanın hökumətin istefasına çağırış etməsi göstərir ki, Rusiya bu ölkədə hakimiyyət dəyişikliyi məqsədi güdür”.


Politoloq bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyan da bu cəhdləri hiss edərək Rusiyanın təsir dairəsini məhdudlaşdırmağa çalışır:

 

"Paşinyan Rusiyanın bu addımlarını sezərək ona yaxın şəxsləri, o cümlədən Konstitusiya Məhkəməsinin rəhbəri və digər nüfuzlu fiqurları həbs etdirib. Daha sonra Samvel Karapetyanı da həbs etdirərək Rusiyanın ölkədəki nüfuzunu minimuma endirməyə çalışır”.

 


Ekspert əlavə edib ki, Ermənistan parlamentinin son qərarı – elektrik şəbəkəsinin milliləşdirilməsi bu istiqamətdə atılan mühüm addımlardan biridir:


“Bu günlərdə parlament belə bir qərar qəbul etdi ki, Ermənistan elektrik şəbəkəsi, yəni Karapetyanın idarə etdiyi, dolayı yolla Rusiyaya məxsus olan şirkət milliləşdirilsin. Bu, Rusiyadan uzaqlaşmaq yolunda ciddi bir qərardır. Növbəti mərhələdə isə dəmir yolları və digər strateji infrastruktur obyektlərinin də Rusiya təsirindən çıxarılması ehtimalı böyükdür”.

 

S.Zahidovun fikrincə, məhz bu proseslər iki ölkə arasında siyasi gərginliyin əsas səbəblərindəndir.

 

"Gərginliyin nəticəsi olaraq artıq Ermənistan parlamentinin spikeri Alen Simonyan bəyan edib ki, Rusiyaya məxsus televiziya kanallarının fəaliyyəti dayandırılmalıdır. Çünki bu kanallar Rusiya maraqlarını Ermənistan daxilində təbliğ edir”, – deyə politoloq qeyd edib. 

 

Bəsti Rəfizadə
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Şuşada rəsmi nahar- FOTO

İyulun 4-də Şuşa şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin adından İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə iştirak edən dövlət və hökumət ba...

Ərdoğanın Azərbaycana səfəri başa çatdı

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına səfəri iyulun 4-də başa çatıb.   Sfera.az xəbər verir ki, Füzuli ...

Şəmkirdə üç uşaq çayda boğuldu

Şəmkir rayonunda 3 nəfər çayda boğulub.   Sfera.az xəbər verir ki, hadisə Şəmkirçayın Təzəkənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. ...

Əliyev, Pezeşkian və Ərdoğan arasında səmimi anlar - VİDEO

Xankəndi Zirvəsi çərçivəsində Prezident İlham Əliyevlə iranlı həmkarı Məsud Pezeşkian arasında səmimi anlar yaşanıb.   Sfera.az xəbər verir ki, daha ...

Rəhman Rəhmanovun şikayətinə - TƏBİB-dən reaksiya

Xəbər verdiyimiz kimi, şəkərli diabet xəstəliyindən əziyyət çəkən Əməkdar artist Rəhman Rəhmanov dövlət tərəfindən verilən təmənnasız dərmanları almaqda çətinli...

İmamoğluna buna görə 9 il həbs cəzası verilə bilər

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədrliyindən uzaqlaşdırılan və həbs edilən Əkrəm İmamoğlunun diplomu ilə bağlı açılmış cinayət işi üzrə ibtidai istintaq başa...