Tacikistan prezidenti sabah Azərbaycana gəlir

Siyasət
22:10 / 03.07.2025
3354
Tacikistan Prezidenti İmaməli Rəhman sabah Azərbaycana işgüzar səfər edəcək.
Sfera.az istinadən xəbər verir ki, bu barədə Tacikistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Dövlət başçısının səfəri İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin liderlərinin Xankəndidə keçiriləcək 17-ci Zirvə Toplantısında iştirakı çərçivəsində baş tutacaq.