Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana səfər gəlib - FOTO

Kateqoriya məlum deyil
T
Qırğız Respublikasının Prezidenti Sadır Japarov İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 3-də Azərbaycana səfərə gəlib.
Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Qırğızıstan Prezidenti Sadır Japarovu Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.










