Ermənistan ŞƏT-ə üzv olmaq istəyir

Siyasət
15:02 / 03.07.2025
1327
Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olmaq arzusunu ifadə edib.
Sfera.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi sosial şəbəkələrdə yaydığı bəyanatda məlumat verib.
“Şanxay Əməkdaşlıq Təşkilatının fundamental prinsiplərini, yəni ərazi bütövlüyü, güc tətbiq etməmək və sərhədlərin toxunulmazlığını bölüşən Ermənistan Respublikası ŞƏT-ə üzv olmaq arzusunu ifadə edib”, – bəyanatda bildirilib.
Qeyd edək ki, hazırda ŞƏT-in 10 üzvü var: Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan, Pakistan, Hindistan, İran və Belarus.
Fidan Hacızadə
Sfera.az