"Ermənistan Azərbaycanla sülhə hazırdır"

Siyasət
13:38 / 30.06.2025
8577
"Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanma yeri və tarixi ilə bağlı müzakirələrə başlamağa hazırdır".
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan mətbuat konfransında bəyan edib.
“Ermənistan konstruktiv mövqe tutur. Biz sülh sazişinin imzalanma yeri və vaxtı ilə bağlı Azərbaycanla danışıqlara başlamağa hazırıq”,– deyə o vurğulayıb.
Fidan Hacızadə
Sfera.az