İran ABŞ-dən təklif alıb

Siyasət
12:30 / 30.06.2025
7943
Tehran Vaşinqtondan nüvə proqramı üzrə danışıqları bərpa etmək istəyi barədə məlumat alıb.
Sfera.az TASS agentliyinə istinadən xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini Məcid Taxt-Rəvançi deyib.
"Vaşinqton bizə danışıqlar aparmaq istədiklərini bildirir. Lakin tarix hələ razılaşdırılmayıb", - o, müsahibəsində deyib. Həmçinin Rəvançi əlavə edib ki, İran nüvə proqramı ilə bağlı danışıqlar apararkən İslam Respublikasına qarşı növbəti təcavüz aktının olub-olmayacağı ilə bağlı ABŞ-dan cavab istəyir.
Fidan Hacızadə
Sfera.az