KTMT-nin növbəti iclası Qırğızıstanda olacaq

Kateqoriya məlum deyil
T
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Xarici İşlər Nazirləri Şurasının növbəti iclası noyabrda Qırğızıstanda keçiriləcək.
Sfera.az TASS agentliyinə istiadən xəbər verir ki, bu barədə Qırğızıstan XİN rəhbəri Jeenbek Kulubayev məlumat verib.
“KTMT Xarici İşlər Nazirləri Şurasının növbəti iclası KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclasından əvvəl noyabrın 26-27-də Qırğız Respublikasında baş tutacaq”,- XİN rəhbəri bildirib.
Fidan Hacızadə
Sfera.az






