Rusiya Azərbaycandan nəyin heyfini çıxmağa çalışır?

Rusiya Azərbaycandan nəyin heyfini çıxmağa çalışır?

Rusiyanın Azərbaycan xalqına qarşı şovinist və irqçi siyasəti artıq gizli deyil – açıq düşmənçilik səviyyəsindədir!

 

Son günlər Rusiyada baş verən hadisələr təkcə kriminal xarakter daşımır. Bu, artıq fərdlərin yox, bütöv bir sistemin həyata keçirdiyi planlı siyasətin təzahürüdür. Hüquq-mühafizə orqanlarının bir azərbaycanlı ailənin 5 üzvünü məhkəmə qərarı olmadan saxlayıb işgəncə ilə qətlə yetirməsi sadəcə insanlıqdan kənar cinayət deyil – etnik zəmində həyata keçirilmiş açıq soyqırımdır!

 

Bu bir ilk deyil, təsadüf də deyil. Bu, Rusiyanın qeyri-rus xalqlara, xüsusilə də azərbaycanlılara qarşı illərdir aparılan, amma bu gün daha da açıq şəkil alan şovinist və irqçi siyasətinin davamıdır.

 

Azərbaycan xalqı tarix boyu rus imperiya və sovet sistemlərindən əziyyət çəkib. 1920-1930-cu illərdə SSRİ repressiyaları zamanı Azərbaycan xalqının tanınmış ziyalıları, alimləri, xalq şairləri güllələnərək, sürgün edilərək fiziki və mənəvi olaraq məhv edilib. Bu, sadəcə bir elitanın yox edilməsi deyildi – bu, xalqın yaddaşına, irsinə, düşüncəsinə qarşı yönəlmiş ideoloji soyqırımı idi.

 

Daha sonra 1990-cı ilin 20 Yanvar gecəsində sovet ordusunun Bakıya yeridilərək yüzlərlə günahsız mülki vətəndaşı qətlə yetirməsi, 1992-ci ildə Xocalı soyqırımı zamanı Ermənistanın arxasında dayanaraq azərbaycanlılara qarşı törədilən kütləvi qırğın, bütün bu cinayətlər rus hərbi-siyasi sisteminin azərbaycanlılara qarşı yürütdüyü amansız siyasətin davamı oldu.

 

Və bu gün – 2025-ci ildə – hələ də eyni yanaşmanı, eyni düşüncə tərzini görürük. Bir ailənin – beş dinc azərbaycanlının – vəhşicəsinə qətlə yetirilməsi, rus şovinizminin yeni təzahür formasıdır.

 

Sual yaranır: Rusiya Ermənistandakı uğursuzluqlarının, nüfuz itkisinin, iflasa uğramış “sülhməramlı” rolunun əvəzini niyə Azərbaycan xalqından çıxır?! Bu hansı müttəfiqlikdir? Bu hansı strateji tərəfdaşlıqdır?

 

Görünən odur ki, Rusiya üçün “müttəfiq” ifadəsi yalnız öz maraqları uğrunda istismar etdiyi ölkələrə aid edilən boş bir etikettir.

 

Təyyarəmizin vurulması – beynəlxalq hüququn pozulması…

İnformasiya resurslarımıza qarşı kiberhücumlar – birbaşa təxribat…

 

Rus mediasında aparılan anti-Azərbaycan kampaniyası – planlı psixoloji müharibə…

 

Və indi də bu – dinc azərbaycanlı ailənin vəhşicəsinə qətlə yetirilməsi!

 

Bütün bu addımlar vahid məqsədə xidmət edir: Azərbaycanı zəiflətmək, xalqımızı qorxuya salmaq, milli qürurumuzu sındırmaq və müstəqil siyasətimizə təzyiq göstərmək.

 

Lakin Rusiya unudur: bu xalq 30 illik işğala dözüb, 44 günə torpağını geri aldı! Bu xalqın iradəsini, birliyini, azadlıq sevgisini qırmaq mümkün deyil! Azərbaycan dövləti bu gün istər ölkə daxilində, istərsə də xaricdə yaşayan hər bir vətəndaşının arxasındadır. Heç bir azərbaycanlının hüququ, həyatı, şərəfi sahibsiz deyil!

 

Bu gün Rusiya ərazisində azərbaycanlılara qarşı aparılan etnik diskriminasiya, hüquqsuzluq, qorxu və zorakılıq siyasətinə qarşı yalnız dövlət deyil, cəmiyyət, media, diaspor birlikləri, hər bir vətəndaş səviyyəsində müqavimət göstərilməlidir. Bu susqunluq davam etdikcə, qarşı tərəf daha da azğınlaşacaq.

 

Artıq yetər! Düşmənə çevrilmiş bir rejimin “tərəfdaşlıq” maskasını daha daşımağa ehtiyac yoxdur! Açıq şəkildə bəyan edirik:

 

Bəsdir! Susduqca bu zülm davam edəcək! Rus şovinizminə qarşı səssiz qalmaq öz millətimizə xəyanətdir!

 

Ozal Məmmədov


OXŞAR XƏBƏRLƏR

Rusiya Azərbaycandan nəyin heyfini çıxmağa çalışır?

Rusiyanın Azərbaycan xalqına qarşı şovinist və irqçi siyasəti artıq gizli deyil – açıq düşmənçilik səviyyəsindədir!   Son günlər Rusiyada baş v...

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir.   Sfera.az xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb. ...

Aygün Attar: "Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb"

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Rusiyada azərbaycanlıların kütləvi həbslərini, onlara ...

"Bu halda III Dünya müharibəsi başlayacaq"- Orban

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişəyə və III Dünya müharibəsinə gətirib çıxaracaq. Bu, ertəsi gün...

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...