Kamaləddin Qafarov: “Azərbaycan özünün enerji potensialını daim artırır”

Kamaləddin Qafarov: “Azərbaycan özünün enerji potensialını daim artırır”

“Azərbaycan dövləti ölkənin enerji təhlükəsizliyinin təminatı və enerji potensialının daha da gücləndirilməsi məqsədilə irimiqyaslı layihələrin reallaşdırılmasını davam etdirir. Bu baxımdan iyunun 24-də Mingəçevirdə yeni, “8 Noyabr” Elektrik Stansiyasının istismara verilməsi önəmli hadisədir”.

 

Bu sözləri Migəçevir şəhərində “8 Noyabr” Elektrik Stansiyasının açılışı ilə əlaqədar mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

 

O, bildirib ki, stansiyanın açılış mərasimində iştirak edən cənab Prezident İlham Əliyev öz çıxışında “8 Noyabr” Elektrik Stansiyasının Azərbaycanda ən böyük elektrik stansiyası olmasını xüsusi vurğulayıb. “1880 meqavat gücündə olan bu stansiya ölkənin enerji potensialını təbii olaraq daha da gücləndirəcək, enerji sisteminin səmərəliliyini artıracaq. Dövlətimizin başçısı Mingəçevir şəhərinin artıq 1970-ci illərdən başlayaraq Azərbaycanda energetika sektorunda mərkəzi rol oynadığını diqqətə çatdırdı. Qeyd olundu ki, 1974-cü ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə Mingəçevirdə “Azərbaycan” İstilik Elektrik Stansiyasının təməli qoyulmuşdur və Ulu Öndərin iştirakı ilə stansiyanın birinci bloku 1981-ci ildə istismara verilmişdir.”

 

K.Qafarov Prezident İlham Əliyevin enerji təhlükəsizliyinin hər bir ölkənin milli təhlükəsizliyi üçün həlledici amillərdən biri olması barədə səsləndirdiyi fikirlərin önəmini vurğulayıb: “Bu gün biz dünyada müşahidə olunan, demək olar, bütün silahlı münaqişə zonalarında energetika obyektlərinin, ilk növbədə, hücuma məruz qalan hədəflər sırasında olduğunu görürük. Əlbəttə ki, bunda məqsəd qarşı tərəfin enerji potensialını sarsıtmaq, onu iflic vəziyyətə salmaqdır. Öz çıxışında cənab Prezident bu məsələyə toxunaraq bildirdi ki, enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizlik məsələsidir. Bu gün Avropa məkanında enerji xətlərinin təhlükə altında olmasının çox böyük fəsadlara gətirib çıxarması da bunu təsdiq edir. Təsadüfi deyil ki, bu gün Avropa İttifaqı tamamilə haqlı olaraq özünün enerji təhlükəsizliyini təmin edən ölkələr sırasında duran Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı adlandırır. Çünki hazırda Azərbaycan qazı 12 ölkəyə qaz kəmərləri vasitəsilə ixrac edilir və onlardan 10-u Avropa ölkəsidir. Məlum olduğu kimi, qaz təchizatının coğrafi əhatəsinə görə Azərbaycan bu gün dünya miqyasında qabaqcıl yerlərdədir. Bir çox ölkələr Azərbaycan qazından istifadə etməklə özünün enerji təhlükəsizliyini təmin edir. Ölkəmiz təbii qaz, xam neft, neft və neft-kimya məhsulları, müəyyən həcmdə elektrik enerjisini ixrac edir. Lakin yaxın gələcəkdə Azərbaycan artıq həm də yaşıl enerji ixrac edəcək. Beləliklə, cənab Prezident İlham Əliyevin dediyi kimi, ölkəmizin iqtisadi gücü, geosiyasi önəmi daha da artacaq və Azərbaycan bu bölgədə sabitlik, inkişaf, tərəqqi məkanı kimi öz rolunu daha da gücləndirəcək”.


OXŞAR XƏBƏRLƏR

Bu ölkədə “DeepSeek” proqramından istifadə mümkün olmayacaq

Almaniya Çinə məxsus “DeepSeek” süni intellekt proqramını qadağan etmək istiqamətində addımlar atıb.   Sfera.az APA-ya istinadən xəbər ve...

Məşhur pop qanqster vəfat etdi - FOTOLAR

İsveçin ən bədnam cinayətkarlarından biri olan Klark Olofsson 78 yaşında vəfat edib. O, 1973-cü ildə Stokholmun Norrmalmstorq meydanında bankı qarət etməklə məş...

İlham Əliyev İran İsrail qarşıdurmasından danışdı: "Azərbaycan öz mövqeyini ifadə edən ilk ölkələrdən biridir"

Bu gün İranın Azərbaycana yeni təyin olunan  fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilunun etimadnaməsini qəbul edən Prezident İlham Əliyev söhbət ...

İlham Əliyev İranın yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 27-də İranın yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilunun etimadnaməsini qəbul edib. &n...

İsrail bu ölkəyə zərbə endirdi

İsrail Hərbi Hava Qüvvələri Livanda Hizbullaha qarşı əməliyyat keçirib.   Sfera.az xəbər verir ki, Hizbullahın Livanın cənubunda, Bofor Ric bölgəsind...

Türkiyədə meşə yanğınları başlayıb

Türkiyənin Antalya vilayətinin Alanya və Aksu rayonlarında meşə yanğınları qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə "Anadolu" Age...