Ceyhun Bayramov İranın yeni səfirini qəbul etdi


Ceyhun Bayramov İranın yeni səfirini qəbul etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfiri Müctəba Dəmirçilunu qəbul edib.

 

Bu barədə Sfera.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

 

Görüş zamanı, səfir etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir səfiri təyinatı münasibətilə təbrik edib, ona ölkəmizdə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

 

Daha sonra, iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, bölgədə cari təhlükəsizlik məsələləri, o cümlədən, İsrail-İran qarşıdurması müzakirə olunub.

 

Azərbaycanla İran arasında dost münasibətlərin inkişafında ölkə liderləri arasında təmasların, o cümlədən mövcud siyasi dialoqun vacibliyi, ümumi maraq kəsb edən məsələlərin müzakirəsinin əməkdaşlığın genişləndirilməsinə töhfə verdiyi vurğulanıb.

 

İsrail-İran qarşıdurması ilə əlaqədar ölkəmiz tərəfindən nümayiş etdirilmiş mövqe və narahatlığımız bir daha diqqətə çatdırılıb. İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, digər rəsmi şəxslərin və İran vətəndaşlarının həlak olması ilə bağlı başsağlığı diləkləri səfirə bildirilib. Mövcud problemləri yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll etməyin vacib olduğu qeyd edilib.

 

Azərbaycanın quru sərhədindən istifadə etməklə müxtəlif ölkələrin və İranın vətəndaşlarına keçid üçün şərait yaradıldığına görə Azərbaycan tərəfinə təşəkkür ifadə olunub.

 

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


OXŞAR XƏBƏRLƏR

Ərdoğan: S-400 məsələsi artıq bağlanıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla Rusiyanın S-400 hava hücumundan müdafiə sistemini müzakirə etmədiyini, lakin F-35 təyyarəl...

Sertifikasiya imtahanında 7 müəllimin nəticəsi ləğv ediləcək

18-25 iyun tarixində təşkil olunan sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi artıq yekunlaşıb.   Bu barədə Sfera.az Məktəbəqədər və ...

Ezgi iki illik ərindən boşandı - FOTO

Aktrisa Ezgi Mola həyat yoldaşı Mustafa Aksakallıdan ayrılıb. OLAY yazır ki, bu barədə Ezgi özü məlumat yayıb.  O bildirib ki, 2 illik evliliklərini son...

Kütləvi zəhərlənməyə səbəb olan dönərxana ilə bağlı - RƏSMİ AÇIQLAMA

Tovuzda baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən müvafiq qurumların əmək...

Milyonlarla uduşla “Poz-Qazan” əyləncəsi artıq OBA-da!

“Azərlotereya”nın çox sevilən “Poz-Qazan” lotereya biletləri ilə böyük uduşlara aparan yol indi OBA-dan da keçir. Milyonlarla uduşlu &ld...

Nazim həmin həkimdən 50 min təzminat alıb

Müğənni Nazim Pişyari (Faytonçu) illər öncə “Elmed” klinikasının cərrahı Elman Əzimovla aralarında başlayan məhkəmə çəkişməsində 50 min manat təzmin...