İlham Əliyevin konfrans iştirakçılarına müraciəti BMT sənədi kimi yayıldı


İlham Əliyevin konfrans iştirakçılarına müraciəti BMT sənədi kimi yayıldı

Azərbaycan Prezidenti İlham Əliyevin mayın 26-27-də Bakıda keçirilən “İslamofobiya: Qərəzin ifşa olunması və istiqmaların dağıdılması” mövzusunda beynəlxalq elmi konfransın iştirakçılarına müraciəti BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb.

 

Bu barədə Sfera.az-a Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən məlumat verilib.

 

Məlumata əsasən, müraciət BMT Baş Assambleyası və BMT Təhlükəsizlik Şurasının rəsmi sənədi statusunda təşkilatın bütün üzv dövlətlərinə təqdim olunub. Bu fakt Prezident İlham Əliyevin islamofobiya ilə mübarizədə beynəlxalq çağırışlarının, tolerantlıq və multikulturalizm dəyərlərinə verdiyi önəmin dünya miqyasında yüksək qiymətləndirildiyini bir daha nümayiş etdirir.

 

Müraciətdə dövlət başçısı islamofobiyanın artmaqda olan təzahürlərinə diqqət çəkib, bu neqativ meylin beynəlxalq sülhə və təhlükəsizliyə təhdid yaratdığını vurğulayıb. Prezident İlham Əliyev bildirib ki, dini dözümsüzlük, ayrı-seçkilik və nifrət çağırışları ilə mübarizə birgə beynəlxalq səylərlə mümkün ola bilər.

 

BMT səviyyəsində bu müraciətin sənəd kimi tanınması Azərbaycanın multikulturalizm və dini həmrəyliyə əsaslanan siyasətinə verilən beynəlxalq dəstəyin daha bir təzahürüdür.

 

Qeyd edək ki, cari ilin 26-27 may tarixlərində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda beynəlxalq elmi konfrans təşkil olunub.

 

İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün 3-cü ildönümünə həsr olunan elmi konfransın xarici tərəfdaşları sırasında G20 Dinlərarası Forumu (IF20), İƏT, ICESCO, Doha Beynəlxalq Dinlərarası Dialoq Mərkəzi (DICID), İnsan Qardaşlığının Ali Komitəsi, Müsəlman Ağsaqqallar Şurası, Almaniya Müsəlmanlarının Mərkəzi Şurası, EULEMA - Avropa Müsəlman Liderləri Məclisi və Beynəlxalq Müsəlman Forumu da yer alıb.

 

Beynəlxalq elmi konfransa 40-a qədər ölkədən 200-ə yaxın iştirakçı - alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri qatılıb.


OXŞAR XƏBƏRLƏR

İsrailin raketləri İranda zəlzələ yarada bilərmi?

İsrail-İran müharibəsinin alovlandığı, raketlərin bir-birinin ardınca havaya qalxdığı bir vaxtda çoxlarını belə bir sual düşündürür - İranın bombardman edilməsi...

Aqil M. Quliyev bu yolla formada qalır

"Harada işləmişəm, yaşamışam yanımda "qantellər" olub. Hərəsi 15, 20 kiloqram. Efir adamı olduğum və rejissor işi fiziki əziyyərt tələb etdiyi üç...

Ceyhun Bayramov: Azərbaycan Suriyaya humanitar yardımı davam etdirəcək

Azərbaycan Suriyaya humanitar yardımı davam etdirəcək.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İslam Əmək...

21 sərnişinin olduğu hava şarı səmada alovlandı:8 nəfər havada yanaraq öldü - VİDEO

Braziliyada isti hava şarı səmada alovlanaraq qəzaya uğrayıb. Azı səkkiz nəfər ölüb, 13 nəfər sağ qalıb.   Sfera.az bildirir ki, qəza Santa Katarina əy...

DTX-nin saxladığı eks-icra başçısı HƏBS OLUNDU

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyat zamanı saxlanılan Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev barəsində həbs qətimka...

Hikmət Hacıyev diplomatların Laçın səfəri ilə bağlı növbəti paylaşım etdi

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş diplomatik korpus...